“TƏHSİLDƏ SÜNİ İNTELLEKT: GƏLƏCƏYİN FORMALAŞDIRILMASI – UNEC Dialoqundan Regional Təsirə” beynəlxalq konfrans
Tədbir haqqında
Süni intellekt artıq ali təhsilin məzmununu, universitetlərin idarəetmə yanaşmalarını, müəllim-tələbə münasibətlərini və əmək bazarının tələblərini köklü şəkildə dəyişir. Bu dəyişikliklərə sadəcə uyğunlaşmaq deyil, onların formalaşmasında fəal iştirak etmək gələcəyin əsas çağırışıdır.
Məhz bu strateji hədəfdən çıxış edərək, Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) 2–3 dekabr 2026-cı il tarixlərində “AI IN EDUCATION: SHAPING THE FUTURE – From UNEC Dialogue to Regional Impact” (“Təhsildə süni intellekt: Gələcəyin formalaşdırılması – UNEC Dialoqundan Regional Təsirə Doğru”) mövzusunda beynəlxalq konfrans keçirəcək.
UNEC-in məqsədi süni intellektin ali təhsildə tətbiqini müzakirə etməklə kifayətlənmək deyil. Universitet bu sahədə regional gündəmin formalaşmasına töhfə verməyi və regionun aparıcı süni intellekt mərkəzlərindən birinə çevrilməyi hədəfləyir.
🌐 Gəlin, süni intellektin ali təhsildə gələcəyini yalnız müzakirə etməyək, onu birlikdə formalaşdıraq!
📅 2–3 dekabr 2026
📍 Bakı, Azərbaycan – Marriott Hotel Boulevard
Məkan Xəritədə
Khagani Rustamov Street, 4C Khatai District, Baku 1010, Azərbaycan
Qeydiyyat
Məlumatlarınızı daxil edərək yerinizi bron edin.