Biletli Logo
Qeydiyyat Açıqdır

13th Youth Speak Forum 6+

Tarix və Saat
06 dekabr 2026 / 11:00
Məkan
Tezliklə
QİYMƏT
PULSUZ GİRİŞ

Tədbir haqqında

Gələcək sadəcə gözlədiyimiz bir zaman deyil, onu özümüz formalaşdırırıq.

AIESEC Azərbaycan tərəfindən təşkil olunan 13-cü "Youth Speak Forum" gəncləri, ilhamverici spikerləri və müxtəlif sahələrin peşəkarlarını bir araya gətirərək təhsil, beynəlxalq imkanlar, xaricdə təhsil, karyera perspektivləri və şəxsi inkişaf mövzularında yeni üfüqlər açmağı hədəfləyən gənclər forumudur.

“Education Beyond Today” mövzusu və “Next Stop: Future” şüarı altında keçirilən forum gəncləri ənənəvi təhsil anlayışının hüdudlarından kənara çıxmağa, dünya miqyasında mövcud olan imkanları kəşf etməyə və gələcəyin dəyişən tələblərinə hazırlaşmağa təşviq edir. Xaricdə təhsil proqramları, beynəlxalq təcrübə imkanları, müasir əmək bazarının tələbləri, innovasiya, texnologiya və gələcəyin bacarıqları forumun diqqət mərkəzində olacaq.

İlhamverici çıxışlar, interaktiv sessiyalar, fikir mübadiləsi və şəbəkələşmə imkanları vasitəsilə iştirakçılar yeni biliklər əldə edəcək, fərqli perspektivlərlə tanış olacaq, öz potensiallarını kəşf edəcək və gələcək hədəflərinə doğru yeni addımlar atmaq üçün motivasiya qazanacaqlar.

Qeyd edək ki, tədbirin rəsmi dili ingilis dilidir. Buna görə də iştirakçıların sessiyaları izləyə, müzakirələrə qoşula və öz fikirlərini ingilis dilində ifadə edə bilmələri vacibdir.

"Youth Speak Forum" yalnız müzakirə platforması deyil, həm də gənclərin ideyalarını paylaşa, yeni əlaqələr qura və dəyişimin bir hissəsinə çevrilə biləcəyi bir fürsətdir.

Forum BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinin 4-cü (Keyfiyyətli Təhsil), 8-ci (Layiqli Əmək və İqtisadi Artım) və 17-ci (Məqsədlər naminə Tərəfdaşlıq) məqsədləri ilə uzlaşaraq keyfiyyətli və əlçatan təhsilin, ömürboyu öyrənmənin, dayanıqlı karyera imkanlarının və beynəlxalq əməkdaşlığın əhəmiyyətini vurğulayır.

Çünki gələcək hazır cavablarla deyil, bu gün verdiyimiz qərarlar və atdığımız addımlarla formalaşır. Növbəti dayanacaq: Gələcək!

Qeydiyyat

Məlumatlarınızı daxil edərək yerinizi bron edin.

Daha sürətli proses üçün

Google Google ilə davam et
və ya
+994
Tələbə deyiləm

Biletləriniz cibinizdə olsun!

Biletli tətbiqi ilə biletləri əldə etmək və idarə etmək daha asan və sürətlidir.